İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan
Məktublar

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Siz öz həyatınızı nəcib işə - ölkənizə və xalqınıza xidmətə həsr etmisiniz. Azərbaycanın siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə və sosial sahədə uğurları Sizin adınızla bağlıdır. Sizin respublika səhiyyəsinin inkişafına şəxsi töhfənizi yüksək qiymətləndiririk. Azərbaycanda kliniki baza möhkəmlənir, tibbi təhsildə islahatlar aparılır, elmi sahəyə dövlət hərtərəfli dəstək göstərir. Seçenov adına Universitetin Bakı filialının uğurlu inkişafını qeyd etmək xüsusilə xoşdur.

Sizin sevimli ölkənizə səmimi-qəlbdən tərəqqi, Sizə isə möhkəm cansağlığı, əmin-amanlıq arzulayıram.

Hörmətlə, 

Pyotr Qlıboçko

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru,

Rusiya Elmlər Akademiyasının akademiki, professor