“İPhone” smartfonlarında bu parametrin deaktiv edilməsi batareyanın ömrünü uzadır
Maraqlı

“İPhone” smartfonlarında bu parametrin deaktiv edilməsi batareyanın ömrünü uzadır

ABŞ-ın texnologiya nəhəngi olan “iPhone”, smartfonlarında “Wifi Assist” funksiyası ilə istifadəçilərə simsiz şəbəkədən daha keyfiyyətli istifadəni təmin edir.

“Respublika” xəbər verir ki, lakin, bu parametrin aktiv olunması smartfonlarda batareyanın ömrünü əhəmiyyətli dərəcədə qısaldır.

Bu da öz növbəsində smartfonların daha tez sıradan çıxmasına gətirib çıxarır.

Bu parametri deaktiv etmək isə çox sadədir. Sadəcə Parametrlərə daxil olub, Mobil və ya Parametrlər hissəsindən Mobil Məlumat bölməsinə keçid etmək lazımdır. Daha sonra ekranı aşağı diyirləmək və “Wi-Fi Assist” slayderinə toxunub onu söndürmək bu parametrin deaktiv olması üçün kifayət edir.

Tacir SADIQOV,

"Respublika".