İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!
İqtisadiyyat

İqtisadi subyektlərin rəhbərlərinin nəzərinə!

Azərbaycan Respublikasının Auditorlar Palatası nəzərinizə çatdırır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıda göstərilən iqtisadi subyektlər 2023-cü il üzrə maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:

Sıra №-si

Məcburi audit subyektləri

Məcburi auditdən keçmənin qanunvericilikdə
təsbiti və əsası

1

İctimai əhəmiyyətli qurumlar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli

716-IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən

2

Məhdud məsuliyyətli cəmiyyətlər

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

91.4-cü maddəsində nəzərdə tutulan şərtlərlə

2019-cu il 3 may tarixli 1584-VQD

3

Səhmdar cəmiyyətləri

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
107.6-cı maddə
sində nəzərdə tutulan şərtlərlə

2019-cu il 3 may tarixli 1584-VQD

4

Banklar və digər kredit təşkilatları

“Banklar haqqında” Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun 8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən.

5

Sığorta təşkilatları və cəmiyyətləri

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü və 93-cü maddələrinə əsasən

6

İnvestisiya fondları

“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli

1101-IIIQ saylı Qanununun 26-cı və 48-ci maddələrinə əsasən

7

Maliyyə-sənaye qrupları

“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının 1996-cı il 23 aprel tarixli 69-IQ №-li Qanununun 16-cı və 17-ci maddələrinə əsasən.

8

Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər)

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli

716-IIQ saylı Qanununun 12.3-cü maddəsində nəzərdə tutulan şərtlərlə

9

Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12.2-ci maddəsinə əsasən

10

Publik hüquqi şəxslər

“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ saylı Qanununun 12-1-ci və publik hüquqi şəxslərin nizamnamələrinə əsasən

11

Siyasi partiyalar

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 14.6-cı maddəsinə əsasən

12

Kənd təsərrüfatı kooperativləri

“Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli № 270-VQ saylı Qanununun 5.4 maddəsinə əsasən

13

Bələdiyyələr

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli № 772-IQ saylı Qanununun 13-cü  maddəsinə əsasən

14

İnvestisiya şirkətləri, fond birjaları, klirinq təşkilatları və investisiya fondları

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli № 1284-IVQ saylı Qanununun 61-ci maddəsinə əsasən

15

Nizamnamələrində (əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar

Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman, sərəncamlarına və digər sənədlərə əsasən.

  • Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektlərinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirilməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.
  • müstəqil (kənar) audit ölkə iqtisadiyyatında maliyyə şəffaflığının təmin olunmasında, maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə xərclənməsində, iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə, kölgə iqtisadiyyatının azaldılmasında əvəzsiz rola malikdir və auditorlar tərəfindən məcburi və ya könüllü auditlərin nəticələri üzrə verilən auditor hesabatının (auditor rəyinin) iqtisadi subyektlərin maliyyə hesabatlarında yol verilən nöqsan və çatışmazlıqların vaxtında aşkar edilməsində və aradan qaldırılmasında çox böyük əhəmiyyəti vardır;
  • iqtisadi subyektlər auditor seçimində müstəqildirlər. Sərbəst auditorlar və auditor təşkilatları barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə etmək olar (www.audit.gov.az);
  • auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri kömək göstərməyə hazırdır.

Azərbaycan Respublikasının Auditorlar Palatası.