İran  18 minə yaxın əfqanı deport edib
Dünya xəbərləri

İran 18 minə yaxın əfqanı deport edib

Son 10 gün ərzində İrandan 17 926 Əfqanıstan vətəndaşı öz ölkələrinə deportasiya olunub.

"Respublika" xəbər verir ki, bunu İranın Rəzəvi Xorasan vilayətinin sərhəd qoşunları komandanı general Məcid Şoca deyib.

M.Şocanın sözlərinə görə, ölkənin müxtəlif bölgələrində polis və sərhədçilər qanunsuz əfqan miqrantarı aşkarlayıblar. Şoca əlavə edib ki, əfqan miqrantlar vilayətdə Doğarun sərhəd gömrük məntəqəsi vasitəsi ilə Əfqanıstana təhvil verilib.

İran rəsmisi ölkəyə qanunsuz şəkildə daxil olan əcnəbi vətəndaşlar barəsində sərt ölçülər götürüldüyünü deyib.

Qeyd edək ki, İranda 5 milyondan çox əfqan miqrantın olduğu deyilir.