İranda sürətlə yeni virus yayılır
Dünya xəbərləri

İranda sürətlə yeni virus yayılır

İranda 60 nəfər Krım-Konqo qızdırmasına yoluxub ki, onlardan 2-si həyatını itirib. 

"Respublika" xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyindən açıqlama verilib. 

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin heyvanlardan insanlara keçən xəstəliklərin profilaktikası və nəzarət qrupunun rəhbəri Məhəmmədrza Şirzadi deyib ki, təhlükəli xəstəliyə yoluxanlardan 9-u Ərdəbil əyalətindəndir. 

Jalə QASIMZADƏ, 

"Respublika".