70-ci ildönümündə Şimali Koreya liderindən şou
Dünya xəbərləri

70-ci ildönümündə Şimali Koreya liderindən şou

Şimali Koreya lideri Kim Çen İn Koreya müharibəsində atəşkəsin 70-ci ildönümünü şouya çevirib.

"Respublika" "Hürriyet"-ə istinadən xəbər verir ki, 2020-ci ildən bəri ilk dəfə xaricdən qonaq qəbul edən Pxenyan özünün yeni, görünməmiş pilotsuz təyyarələrini Rusiyanın müdafiə naziri Şoyquya təqdim edib.

Paytaxt Pxenyandakı Ryugyong Chung Ju-yung İdman Salonunda təşkil edilən bayram mərasimlərində Şimali Koreya lideri Kim Rusiya naziri Şoyqunu sağında, Çin Kommunist Partiyasının siyasi büro üzvü Li Honqjonqu isə solunda əyləşdirib.

Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA bildirib ki, görüşdə müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub. 

Röya RÜSTƏMLİ,

"Respublika".