İsmayıllıda yol infrastrukturu yenidən qurulur
Sosial həyat

İsmayıllıda yol infrastrukturu yenidən qurulur

Ölkənin bütün regionlarında olduğu kimi, son vaxtlar İsmayıllıda da abadlıq quruculuq işləri davam etdirilir.

Respublika” xəbər verir ki, rayonun küçə və qəsəbədaxili məhəllələri təmir edilir və asfatlanır. İsmayıllı rayonunun Gəraybəyli kəndini magistral avtomobil yolu ilə birləşdirən, uzunluğu 1200 metr əsas kənd daxili yola asfalt örtük vurulub. Görülən işlər hər bir kənd sakininin sevincinə səbəb olmaqla, kəndə gəlib gedən insanların rahatlığını təmin edəcək.

Qeyd edək ki, rayonun digər kəndlərində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.

M.QULUYEV,

“Respublika”