İspaniyadan
Dünya xəbərləri

İspaniyadan "Apple" və "Amazon"-a cərimə

İspaniyanın Milli Rəqabət Şurası (CNMC) ABŞ-ın Apple və Amazon şirkətlərini onlayn bazarda rəqabəti məhdudlaşdırdığına görə ümumilikdə 194 milyon 150 min avro cərimələyib.

"Respublika" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilib ki, İspaniya Rəqabət Şurası Apple-ı 143 milyon 640 min avro, Amazonu isə 50 milyon 510 min avro cərimələyib.

Xatırladaq ki, 31 oktyabr 2018-ci il tarixində Amazon şirkətinin Apple-ın səlahiyyətli satıcısı olması üçün şərtləri əks etdirən protokol imzalamışdı.

Nəzrin ELDARQIZI,

"Respublika".