İsrail Təhlükəsizlik Akademiyası: “Bölgədəki qanunsuz hərəkətlər erməniməramlılıq və özbaşınalıqdır”
Siyasət

İsrail Təhlükəsizlik Akademiyası: “Bölgədəki qanunsuz hərəkətlər erməniməramlılıq və özbaşınalıqdır”

Azərbaycanın işğaldan azad edilən ərazilərində yerləşən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə Azərbaycan ekoloqlarının‚ televiziya jurnalistlərinin‚ ictimaiyyət nümayəndələrinin və həmçinin Qeyri-Hökumət Təşkilatları təmsilçilərinin buraxılmaması qanunsuz hərəkətdir.

Rusiya sülhməranlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə qanunsuz erməni hərbi birləşmələrinin və erməni separatçılarının ekoloji terror törətməsi‚ Azərbaycan ərazilərindəki təbii sərvətləri talayaraq istismar etməsi növbəti hərbi cinayət halıdır. Ermənistan hərbi birləşmələrinin ekoloji terror törətməsi faunanı və atmosferi məhv etməkdir. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar məsələyə biganə qalmamalı‚ aidiyyəti təşkilatlar bölgəyə səfər edərək məsələni araşdırmalıdır. Ekologiyanı çirkləndirmək cinayətdir. Qarabağdakı qanunsuz erməni separatçı qüvvələri‚ İran rejiminə bağlı olan şirkətlər və şəxslərin özbaşına olaraq mütəmadi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gələrək bu ərazilərdəki Azərbaycana məxsus yeraltı və yürüstü təbii sərvəti talan etməsi ilə Azərbaycan iqtisadiyyatına ağır maddi zərər dəyib. Qarabağdakı erməni separatçılarının olduğu və rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki yeraltı və yerüstü bütün təbii sərvətlər talanaraq terrora‚ silah‚ nüvə proqramını genişləndirməyə sərf edilir. Son zamanlar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə edilən qanunsuz səyahətlər və qanunsuz keçidlər özbaşınalıqdan xəbər verir. Üstəlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının bölgədə yoxlama və təftiş aparmasına‚ azərbaycanlı jurnalistlərin öz dədə-baba torpaqlarında çəkilişlər etməsinə və sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə gələn azərbaycanlıların ərazilərə daxil olmasına cidd-cəhdlə mane olmaq və öz nəzarətlərində olan yerlərə buraxmamaq artıq özbaşınalığın ən kobud halıdır. Belə sülhməramlı missiya ola bilməz. Rusiya sülhməramlı kontingentinin fəaliyyəti sadəcə ərazinin təhlükəsizliyini təmin etməli olduğu halda‚ bunun əksini etməkdədir.

Görünən odur ki‚ hazırda Rusiyanın Qarabağdakı fəaliyyəti sülhməramlılıq yox‚ ermənilərə dəstək olmaq‚ Azərbaycan ərazilərindəki təbii sərvətləri talamaq‚ İran və Ermənistana sözügedən bölgədə şərait yaratmaq‚ erməni maraqlarını müdafə etməkdir. Azərbaycan dövlət orqanlarının fəaliyyətinə‚ mətbuatın çəkiliş aparmasına‚ ictimaiyyət nümayəndələrinin hərəkətinə cidd-cəhdlə mane olmaq‚ Azərbaycan torpaqlarınıı qəsb etmək‚ mənimsəmək anlamındadır. İran və bir çox yerdən sülhməramlıların yerləşdiyi ərazilərə özbaşına və gizlin səfərlər edilməsi‚ Azərbaycana məxsus yeraltı və yerüstü sərvətlərin İrana daşınması və üstəlik buna sülhməramlıların şərait yaratması‚ azərbaycanlıları və xüsusən media nümayəndələrini isə əraziyə buraxmamaq özbaşınalığın ən üst həddidir.

Azərbaycan Qeyri-Hökumət Təşkilatları və media mənsublarının Qarabağda aksiya keçirməsi haqq-ədalətin bərpa edilməsinə xidmət edir. Onların aksiyanı daha da genişləndirməsi doğru və haqlı addımdır. Azərbaycan haqlı tərəfdir‚ işğala və əraziləri talana‚ özbaşınalığa və ərazisindəki təbii sərvətləri istismara məruz qalan tərəfdir. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Qanunsuz erməni birləşmələri və erməni separatçıları Azərbaycan torpaqlarını tərk etməlidir. Ermənistan tərəfi ekoloji terroru və Azərbaycan ərazilərini gizli talamağı dayandırmalıdır. Qanunsuz erməni qüvvələrin Azərbaycan ərazilərindəki yeraltı və yerüstü təbii sərvətlərin istismar edilərək talanması işinə İranı və SEPAH-ı da cəlb edib. Rusiya sülhməramlılarının isə buna şərait yaratması beynəlxalq hüququ pozmaq‚ özbaşınalıq və qəsbkarlıqdır. Azərbaycana məxsus yeraltı və yürüstü təbii sərvətlərin‚ xüsusən qızıl-gümüş‚ digər qiymətli metalların və qiymətli təbii sərvətlərin talan edilərək gizli şəkildə daşınması beynəlxalq miqyaslı cinayətdir. Rus sülhməramlıları buna şərait yaratdıqları üçün ərazini qapalı rejimdə saxlamağa çalışırlar. Bu səbəbdən sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərə azərbaycanlıların daxil olmasına maneçilik törədilir.

Bütün bu səbəblərə görə Xankəndi-Şuşa istiqamətində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının və media nümayəndələrinin aksiya keçirməsi zəruri və lazımlı addımdır.

Biz aksiyanın keçirilməsinə‚ aksiyaya gələn hər kəsə öz dəstəyimizi ifadə edirik. Azərbaycanın haqlı mövqeyini‚ beynəlxalq ictimaiyyət və BMT tərəfindən tanınan ərazi bütövlüyünü‚ suverenliyini dəstəkləyirik və bütün təhlükə və təhdidlərə‚ təxribat və siyasi hücumlara qarşı hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu bəyan edirik.

İsrail Təhlükəsizlik Akademiyasının

Azərbaycan Respublikasındakı

Nümayəndəliyi.