Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevrilir
Siyasət

Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevrilir

Azərbaycan son illərdə region ətraf ölkələrdə mövqelərini daha da gücləndirib, Şərq-Qərb Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm aktor kimi strateji əhəmiyyətini daha da artırıb. Görülən işlər, əlaqələrin şaxələndirilməsi, yeni strateji əməkdaşlıqların qurulması bu məsələdə böyük əhəmiyyət kəsb edir. Ölkə daxilində görülən işlər, açılan yeni müəssisələr bunu deməyə əsas verir.

Hazırda da ölkəmizdə bu istiqamətdə davam edir. Azərbaycanın nəqliyyat logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2016- il mart ayının 17- Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam, həmçinin 22 may 2020-ci il tarixində "Ələt Azad İqtisadi Zonasının yaradılması fəaliyyətinin təşkili haqqında" fərman imzalayıb. Buna əsasən Azad Zona Azad Zonanın səlahiyyətli qurumu yaradılıb. Əlbəttə, atılan bu addımlar Azərbaycanın geosiyasi önəminin artmasına, ölkəmizin beynəlxalq qovşağa çevrilməsinə böyük təkan verir. 2021-ci il iyunun 1- Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulması mərasimində iştirak edib.

Dövlət başçımız televiziya kanallarına müsahibəsində deyib: "Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni yerləri yaradılacaq burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək. Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə bax, burada da islahatların aparılması xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi".

Ölkəmizin açıq dəniz okeanlara çıxışı olmaması onun azad iqtisadi zona yaratmayacağı mənasına gəlmir. Bildiyimiz kimi, bu kimi layihələr daha çox əlverişli coğrafi vəziyyəti olan ölkələrdə böyük uğur qazanıb. Lakin ölkəmiz daha səmərəli işləyərək investorlar üçün cəlbedici şərtlər təqdim etməklə digər ölkələrə nisbətən daha çox önə çıxıb. Bu zonanın mövcudluğu ölkəmiz üçün mühüm töhfələr verəcək. Ümumi sahəsi 850 hektar olan zona ilkin inkişaf mərhələsi kimi 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) tikinti işlərinə başlanılıb artıq bir sıra işlər görülüb. Bununla yanaşı, ümumilikdə 297 min kvadratmetr sahəsi olan ərazinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri, həmçinin istifadəyə hazır ərazi-daxili ərazi-xarici mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Bundan başqa, Zona 1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub. Zonanın ən son texnologiyalarla təchiz olunması, geniş ərazidə yerləşməsi onun əhəmiyyətini daha da artırır. Həmçinin ölkəmizin Dünya Bankının "Doing Business" hesabatında 190 ölkə arasında 28-ci yerə layiq görülməsi Azərbaycanın böyük siyasi gücə malik olduğunu göstərir. Respublikamızın sahib olduğu gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir. Buna əsasən , Azərbaycanın yaratdığı Azad İqtisadi Zona olduqca əlverişli cəlbedici layihədir.

Əlbəttə, Ələt Azad İqtisadi Zonasının həmin ərazidə yaradılmasının bir sıra səbəbləri var. Ərazinin paytaxta yaxın olması mühüm şərtlərdən biridir. Həmçinin burada Beynəlxalq Dəniz Limanının yerləşməsi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Bununla yanaşı, Səngəçal ərazisində yerləşən 300 meqavat gücündə elektrik stansiyasının mövcudluğu da infrastruktur layihələrinə qoyulan xərcləri nisbətən azaldıb. Bundan əlavə, Ələt beynəlxalq avtomobil dəmir yolu xətlərinə ən əlverişli mövqedə yerləşir. Bu da Ələt Azad İqtisadi Zonasına həm əlavə dəyər yeri, həm beynəlxalq paylama məntəqəsi kimi fəaliyyət göstərməyə imkan verir. Həmçinin Ələt ərazisindən keçən Şərq-Qərb Şimal-Cənub dəhlizinin mövcudluğu logistika, nəqliyyat baxımından bu yerin əhəmiyyətini artırır. Nəticə etibarilə həm ölkə iqtisadiyyatı, həm Ələt zonası böyük inkişaf mərhələsinə daxil olacaq.

Azərbaycanın böyük bazarlara ən yaxın məsafədə yerləşməsi Zonanın səmərəliliyinin artırılmasına təkan verəcək. Buna əsasən İqtisadi Zonanın yaradılması bir sıra məsələlərə, ticarət dövriyyəsinin artmasına, investisiya sərmayələrin yatırılmasının sürətlənməsinə, regionlarda məşğulluğun güclənməsinə, yeni yerlərinin açılmasına, milli iqtisadiyyatın dünya iqtisadiyyatı sisteminə inteqrasiyasının daha da sürətlənməsinə təkan verəcək. Bu layihə nəticəsində ixtisaslı kadrların təhsil peşə təcrübələrinin artırılması imkanları genişlənəcək, həmçinin texniki elmi araşdırma mərkəzləri istehsala cəlb ediləcək. Nəticə etibarilə ölkədə iqtisadi vəziyyət daha da yaxşılaşacaq. Bu kimi layihələr Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.

Töhfə SƏMƏDOVA,

"Respublika".