İsrail və HƏMAS atəşkəsin növbəti dəfə uzadılması barədə razılığa gəliblər
Dünya xəbərləri

İsrail və HƏMAS atəşkəsin növbəti dəfə uzadılması barədə razılığa gəliblər

İsrail və HƏMAS humanitar atəşkəsin növbəti dəfə uzadılması barədə razılığa gəliblər.

"Respublika" xəbər verir ki, bu barədə “Wall Street Journal” Misir rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail və HƏMAS atəşkəsi daha bir gün uzadacaqlar. Razılaşma HƏMAS-ın çərşənbə günü növbəti - altıncı girov qrupunu azad etməsindən sonra əldə olunub.

Ötən gün qarşılıqlı girov mübadiləsi həyata keçirilib. 6 israilli, 30 fələstinli girov azad edilib.