Ərdoğan və Putin
Dünya xəbərləri

Ərdoğan və Putin "Taxıl sazişi"nin uzadılmasını yenidən müzakirə edəcək

"Rusiya Prezidenti Vladimir Putinlə "Taxıl sazişi"nin uzadılmasını yenidən müzakirə edəcəyik. Putinin "Taxıl sazişi"nin uzadılmasını istədiyini bilirəm".

"Respublika" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrinə səfəri zamanı bildirib.

Ərdoğan taxıl sazişi ilə bağlı “Səfərdən qayıdanda Putinlə danışacam" deyib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə XİN rəhbərləri də bu məsələ ətrafında müzakirə aparacaqlar.

R.T.Ərdoğan həmçinin taxıl dəhlizinin açılması üçün V.Putinlə avqustdan əvvəl görüşəcəyini söyləyib.