Kənd təsərrüfatı naziri Gəncə və Göygöldəki elmi-tədqiqat institutlarında olub
Digər xəbərlər

Kənd təsərrüfatı naziri Gəncə və Göygöldəki elmi-tədqiqat institutlarında olub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Gəncə və Göygöldə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının fəaliyyəti ilə tanış olub.

Bu barədə “Respublika”ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Nazir bölgədə ilk dəfə olaraq Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutuna və Respublika Elmi-Tədqiqat İnstitutuna baş çəkib, institutların fəaliyyəti ilə maraqlanıb, əməkdaşlarla görüşüb.

Görüşlərdə institutların elmi-tədqiqat istiqamətləri, elmi-tədqiqat işlərinin icra vəziyyəti, institutların maddi-texniki bazasının təkmilləşdirilməsi, laboratoriyaların fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, tədqiqatların nəticələrinin təcrübədə tətbiqi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, institutlarda aparılan tədqiqatlar, mövzu seçimləri aqrar sahədə dünyada mövcud olan trendlərə uyğun olmalı, institutlar öz elmi fəaliyyətlərini günün tələblərinə uyğun qurmalı, elmi müəssisələrlə özəl sektor arasında əməkdaşlıq genişləndirilməlidir.

Nəriman CAVADOV,

“Respublika”.