Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq qərardad qəbul edib
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxaraq qərardad qəbul edib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun martın 16-na təyin edilmiş iclasında baxılacaq.