Laçında yaradılan Aqro və Sənaye Parkı sakinlərin məşğulluğunu təmin edəcək
İQTİSADİYYAT

Laçında yaradılan Aqro və Sənaye Parkı sakinlərin məşğulluğunu təmin edəcək

İkinci Qarabağ müharibəsi zamanı 44 gün ərzində ərazilərimizin işğaldan azad edilməsi xəbəri xalqımızın ümid işığını daha da alovlandırırdı. Ölkə başçısının müjdəli xəbərləri 30 il qaysaq bağlamış yaralarımıza məlhəm oldu. Səbirsizliklə gözlədiyimiz qələbə xəbərlərinin hər gün yeni ünvanı, yeni adı olurdu. Belə xəbərlərdən biri Laçının işğaldan azad edilməsi idi. Ərazilərin işğaldan azad edilməsindən sonra, dövlətimiz "Böyük Qayıdış" planına uyğun olaraq bu yerlərdə müasir standartlara cavab verən bərpa-quruculuq işlərinə start verdi. Bölgəyə köçəcək insanların yüksək səviyyədə, rahat təminatlı həyat şəraiti üçün işlər davam etdirilir.

Bu gün Laçın özünün yeni dövrünü, həyatını yaşayır. İndi hər yerdə tikinti işləri gedir, yaşayış binaları ilə yanaşı, bütün infrastruktur yenidən qurulur. İnsanların rahat yaşayışı, ərazinin inkişafı məqsədilə dövlət bütün mümkün imkanlardan istifadə edir. Laçında hava limanının inşası isə bölgənin beynəlxalq statusunu artıracaq, turizm potensialını gücləndirəcək. Qeyd edək ki, Qarabağ bölgəsində ümumilikdə üç beynəlxalq hava limanı inşa edilib. Artıq Zəngilan Füzuli Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçında isə işlər sürətlə davam etdirilir.

Digər tərəfdən, dövlət bölgəyə köçən əhalinin həyat şəraitinin yaxşılaşdırılması işlə təmin edilməsi məqsədilə bir sıra mühüm addımlar atır. Belə məşğulluq sahələrindən biri aqroparklardır. İndi Qarabağ Şərqi Zəngəzurda bir çox aqro sənaye parkları yaradılır. Ölkə başçısı öz çıxışlarında yeni aqroparkların yaradılması ilə bağlı demişdir: "Azad edilmiş ərazilərin təbii iqlimi coğrafiyası elədir ki, orada həm heyvandarlıqla çox genişmiqyaslı məşğul olmaq olar, xüsusilə, Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında, həm əkinçiliklə daha çox Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında". İndi bu yerlər öz sakinlərini səbirsizliklə gözləyir.

Artıq Laçın öz doğma sakinlərini qarşılayır. May ayının 28- ilk köç karvanı Laçına yola düşdü, 20 ailə doğma yurd-yuvasına qovuşdu. Burada sakinlərin rahat yaşayışı üçün bütün lazımi şərait qurulub. İaşə obyektləri, xəstəxana, məktəb digər binalar tikilərək istifadəyə verilir. Onu da qeyd edək ki, cəmi 7-8 ay ərzində Laçının böyük bir hissəsi tamamilə yenidən qurulub. Artıq şəhərdə 700 bina inşa edilib. Onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli binadır. Həmin binalarda 144 mənzil var. Beləliklə, hazırda Laçında 764 ailə yaşaya bilər. Artıq köçürülən sakinlərin sayı artmaqdadır. İyun ayının 19-da daha 44 nəfərdən ibarət 13 ailə Laçın şəhərinə köçürülüb. Ümumilikdə bu vaxta kimi Laçına 55 ailənin, 213 nəfərin daimi məskunlaşması təmin edilib. Nəzərdə tutulan plana əsasən, birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaq.

Hazırda tikinti-quruculuq işləri sürətlə davam edir. Qədim yaşayış məskənlərindən olan, dağlar qoynunda yerləşən Laçın şəhəri yeni, müasir formada inşa edilir. Qədim izlərdə yeni addımlar atılır. Daha gözəl, effektli keyfiyyətli şəkildə. Dövlət tərəfindən sakinlərin rahatlığının təmin olunması ilə yanaşı, məşğulluğuna da böyük önəm verilir. İndi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri əhalinin işlə təmin olunmasıdır. Ərazidə onlarla müəssisələrin, yerlərinin yaradılması nəzərdə tutulur. Artıq Laçında Aqro Sənaye Parkının yaradılması istiqamətində davamlı işlər aparılır. Aqro Sənaye Parkında ümumilikdə 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur. Müəssisələrin 80 faizinin bu il yay aylarının sonuna kimi işə başlayacağı gözlənilir. Bu müəssisələrdə həm iri, həm kiçik mebel fabrikləri, yüngül materiallardan ev digər konstruksiyalar hazırlayan müəssisələr, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.

Laçın şəhərində istehsalat, xidmət tədris müəssisələri yaradılır. TƏBİB-in tabeliyində modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi tikilərək istifadəyə verilib. Tədris ilinin başlanğıcında yeni məktəb binasının açılışı nəzərdə tutulur. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə işlər davam etdirilir. Bu mənada, Laçında sakinlərin məşğulluğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin ediləcək. Bu müəssisələr qida, sənaye, yaradıcılıq, tədris, turizm, tekstil xidmət sahələrində fəaliyyət göstərəcək. Hazırda isə Laçında 7 müəssisədə 226 sakin işlə təmin edilib.

Bundan başqa, sentyabr ayına kimi Zabux kəndi sakinlərin ixtiyarına veriləcək.

Ramidə YAQUBQIZI,

"Respublika".