Lənkəranda bayram şənliyi
Region

Lənkəranda bayram şənliyi

Cənub mirvarisi Lənkəranda şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçıları üçün Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə şənlik keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən təşkil edilən tədbirdə 150 nəfər şəhid ailə üzvü iştirak edib.

Şənliyin açılışında çıxış edən nazirliyin Agentliyinin Lənkəran-Astara Regional İdarəsinin müdiri Ramin Höccətov bu il xalqımızın əldə etdiyi uğurlardan, tarixi və əzəli Azərbaycana məxsus torpaqlardan danışıb, həmçinin Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və Həmrəylik Günü haqqında iştirakçılara məlumat verib.

Daha sonra şənlik kompozisiya, mahnı və rəqslərlə davam edib. Şaxta baba və Qar qızının maraqlı söhbətləri və klounların ifasında şən məzhəkələr könüllərə özgə bir ovqat gətirib. Həmçinin, bayram şənliyində qəhrəmanların övladları da Vətəni vəsf edən şeirlər söyləyiblər.

Yekunda şəhid övladlarına qiymətli hədiyyələr təqdim edilib.

Zəfər ORCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.