Lerikdə investisiya imkanlarına dair forum keçirilib
İQTİSADİYYAT

Lerikdə investisiya imkanlarına dair forum keçirilib

Lerikdə investisiya imkanları mövzusunda forumda sahibkarlar biznes fəaliyyəti üçün dövlət dəstəyi mexanizmləri, regionun investisiya imkanları barədə məlumatlandırılıblar.

13 iyun KOBİA-dən verilən məlumatda bildirilir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lerikdə rayonunun investisiya imkanlarına dair forum keçirilib. Tədbirdə rayonda sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Forumda çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində regionların inkişaf etdiyini qeyd edib, Lerikdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən biznes fəaliyyəti üçün potensial sahələr barədə məlumat verib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafında regionların rolunun vacib olduğunu vurğulayıb, rayonlarda sahibkarlığın inkişafı, yeni biznes subyektlərinin yaradılması və inkişafına, özünüməşğulluğun təmin edilməsinə Agentlik tərəfindən göstərilən dəstək və həyata keçirilən layihələr barədə danışıb.

“Respublika”.