Liviyada sel nəticəsində 3 min nəfərin öldüyü, 10 min nəfərin isə itkin düşdüyü bildirilib
Dünya xəbərləri

Liviyada sel nəticəsində 3 min nəfərin öldüyü, 10 min nəfərin isə itkin düşdüyü bildirilib

Liviyanın şərqindəki “hökumətin səhiyyə naziri” Osman Abdulcəlil daşqınlar nəticəsində ölkədə 3 mindən çox insanın həlak olduğunu bildirib.

"Respublika" "Hürriyet" nəşrinə istinadla xəbər verir ki, 10 minə yaxın insanın itkin düşdüyü ehtimal edilir.

Liviya Prezident Şurası qardaş ölkələri və beynəlxalq qurumları sel fəlakətinin nəticələrini aradan qaldırmağa kömək etməyə çağırıb. Ölkənin Milli Birlik Hökuməti isə dünən keçirdiyi fövqəladə iclasda fəlakətdən zərər çəkmiş bölgələrə yardım göstərilməsi də daxil olmaqla, bir sıra qərarlar qəbul edib.

Bildirilir ki, ölkənin şərq rayonlarına düşən yağıntının miqdarı son 40 ildən çox müddətdə qeydə alınan ən yüksək göstəricidir.

Tacir SADIQOV,

"RESPUBLİKA".