Londonda 47 min polis əməkdaşının şəxsi məlumatları risk altındadır
Dünya xəbərləri

Londonda 47 min polis əməkdaşının şəxsi məlumatları risk altındadır

London metropoliten polisi şəxsi kartların istehsalçısına kiberhücum nəticəsində 47 min polis əməkdaşının adlarının, fotoşəkillərinin, rütbələrinin və vəzifə yerlərinin oğurlanması ehtimalını araşdırır.

"Respublika" xəbər verir ki, “The Sun” qəzetinin əldə etdiyi məlumata görə, xakerlər London metropoliten polisi əməkdaşlarının şəxsi kartlarını hazırlayan şirkətə kiberhücum həyata keçiriblər. 

Şəhər polisi və Milli Cinayət Agentliyi 47 min polis məmurunun adlarının, fotoşəkillərinin, rütbəsi və vəzifə yeri məlumatlarının terror təşkilatları və ya dəstələrinin əlinə keçə biləcəyi ehtimalına qarşı tədbirlər görməyə başlayıb .

Polis rəsmiləri də lazımi təhlükəsizlik tədbirlərinin görüldüyünü bildiriblər.

Keçən aylarda Şimali İrlandiya polisinin məlumatları Böyük Britaniyada təsadüfən paylaşılıb və Şimali İrlandiyada çalışan 10 minə yaxın polis məmurunun və Britaniya məxfi xidmətinin əməkdaşlarının adları, soyadları, rütbələri və vəzifə yerləri ifşa edilib.