Yunanıstan tarixinin ən güclü yağışına məruz qalıb
Dünya xəbərləri

Yunanıstan tarixinin ən güclü yağışına məruz qalıb

Yunanıstan yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, Maqnisiyada sel sularından yaşlı bir adamın cəsədi çıxarılıb. Belə ki, ötən gün həyatını itirən 70 yaşlı insanla birlikdə ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 2-yə yüksəlib.

"Respublika"  "TRT Haber"-ə istinadən xəbər verir ki, axtarış-xilasetmə qruplarının səylərinə baxmayaraq, selin üstünlük təşkil etdiyi bölgədə itkin düşdüyü bildirilən 80 yaşdan yuxarı 3 nəfər hələ də tapılmayıb.

Dünən başlayan və bu gün də davam edən leysan yağışından sonra baş verən sel və daşqınlar bir çox xəstəxanalarda sıxlığa səbəb olub.

Nurcan SÜLEYMANOVA 

"Respublika"