Mahir Emreli Xorvatiya çempionatında rəmzi komandaya düşüb
İdman

Mahir Emreli Xorvatiya çempionatında rəmzi komandaya düşüb

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya çempionatında IX turun rəmzi komandasına düşüb.

"Respublika" xəbər verir ki, “Dinamo”nun “Rudes”i səfərdə 5:1 hesabı ilə məğlub etdiyi maçda, 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Zaqreb “Dinamo”sunun üzvü ən yaxşı sağ vinger seçilib.

Onun performansı 8,3 balla qiymətləndirilib. Ən yüksək xala Emrelinin komanda yoldaşı Yosip Drmiç (10) layiq görülüb. O, qarşılaşmada het-trik müəllifi olub. Zaqreblilərin digər üzvü Qabriel Vidoviç isə 1 qol, 2 assist sayəsində 8,6 xala layiq görülüb.