“Sabah” klubu Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi ilə müqavilə bağlayıb
İdman

“Sabah” klubu Kiyev “Dinamo”sunun yarımmüdafiəçisi ilə müqavilə bağlayıb

“Sabah” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

"Respublika" xəbər verir kki,yamaykalı hücumameyilli yarımmüdafiəçi Kahim Parris Ukraynanın “Dinamo” (Kiyev) komandasından icarəyə götürülüb.

İcarə müqaviləsinin müddəti cari mövsümün sonuna kimi nəzərdə tutulub. Anlaşmaya əsasən, Bakı təmsilçisi mövsümün sonunda 23 yaşlı futbolçunu transfer etmək hüququna malik olacaq.

Vinger “Sabah”da 28 nömrəli formada çıxış edəcək.

Kahim Parris karyerası ərzində Yamaykanın “Kavalier” (2017-2019), Sloveniyanın “Domjale” (2019/2020), “Krka” (2020-2021), “Koper” (2021-2022) klublarında çıxış edib. Futbolçu 2022-ci ildən Kiyev “Dinamo”sunun üzvüdür. Yamayka millisinin də formasını geyinən yarımmüdafiəçi yığmada 10 matç keçirib.