Malayziya ilə Azərbaycan arasında qida məhsullarının idxal-ixracı sahəsində əməkdaşlıq müzakirə edilib
Səhiyyə

Malayziya ilə Azərbaycan arasında qida məhsullarının idxal-ixracı sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rza ilə görüşüb.

"Respublika" xəbər verir ki, bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən  məlumata verilib.

Görüş zamanı səfirə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin bu sahədə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Həmçinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin Qanundan irəli gələn tələblər səfirin diqqətinə çatdırılıb.

Eyni zamanda görüşdə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb. Qida, fitosanitar və baytarlıq nəzarətində olan məhsulların idxal-ixrac əməliyyatları ilə bağlı məsələlər nəzərdən keçirilib. “Halal” sertifikatlaşdırma üzrə təcrübənin öyrənilməsi məqsədilə agentlik əməkdaşlarının Malayziyaya səfərinin təşkili müzakirə edilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.