Malidə 200 min uşaq aclıqdan ölə bilər
Dünya xəbərləri

Malidə 200 min uşaq aclıqdan ölə bilər

Birləşmiş Millətlər Təşkilatı lazımi yardımın Maliyə çatdırılmayacağı təqdirdə ilin sonunadək 200 min uşağın aclıqdan ölə biləcəyinə dair xəbərdarlıq edib. 

"Respublika" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu və BMT-nin Ümumdünya Ərzaq Proqramı birgə bəyanat yayıb.

Bildirilib ki, davam edən münaqişələr və məhdud humanitar yardım səbəbiylə ilin sonuna qədər 5 yaşdan kiçik təxminən 1 milyon uşaq kəskin qida çatışmazlığı ilə üzləşə bilər.

Bəyanatda vəziyyətin ciddiliyinə baxmayaraq, Maliyə ayrılan yardımların çox aşağı səviyyədə olduğu da vurğulanıb. 

Jalə QASIMZADƏ, 

"Respublika".