Masazırda evdən 30 min manat oğurlandı
Digər xəbərlər

Masazırda evdən 30 min manat oğurlandı

Mayın 8-nə keçən gecə Abşeron rayonunun Masazır qəsəbəsindəki evlərin birindən 30.000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Respublika-news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İstək Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Nəzrin CAVADZADƏ.