MDB-yə üzv ölkələrin təmsilçiləri Birlik məkanında pensiya təminatı məsələlərini müzakirə ediblər
Dünya xəbərləri

MDB-yə üzv ölkələrin təmsilçiləri Birlik məkanında pensiya təminatı məsələlərini müzakirə ediblər

Müstəqil Dövlətlər Birliyinin (MDB) mənzil-qərargahında MDB-yə üzv ölkələrin əhalisinin pensiya təminatının inkişafı üzrə iclas keçirilib.

“Respublika” xəbər verir ki, MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidməti bu haqda məlumat yayıb.

Tərəflər Birliyə üzv ölkələrin əcnəbi vətəndaşların pensiya təminatına hüquqlarının həyata keçirilməsi perspektivləri baxımdan milli pensiya sisteminin inkişafı məsələsi üzrə aktual informasiya mübadiləsi aparıblar. Azərbaycan tərəfi ölkədə əmək miqrantlarının sosial müdafiəsi barədə məlumat xarakterli material təqdim edib.

Müstəqil Dövlətlər Birliyinin iştirakçı-dövlətlərinin pensiya təminatının səviyyəsi barədə məsələ üzrə fikir mübadiləsi aparılıb.

Bundan başqa, iclas iştirakçıları “Aktiv uzunömürlülük” strategiyası – yaşlı vətəndaşların marağına uyğun sosial siyasətin icrası üçün vasitə” mövzusunda dəyirmi masanın keçirilməsinə hazırlıq barədə MDB-nin İcraiyyə Komitəsinin məlumatını qeydə alıblar