Məhəmməd Qarayevin nəşi Qəbələdə torpağa tapşırılıb
Sosial həyat

Məhəmməd Qarayevin nəşi Qəbələdə torpağa tapşırılıb

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlunun doğulub boya-başa çatdığı evdə onunla vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, şəhidin nəşi 1 nömrəli Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfndə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon sakinləri iştirak ediblər.

Dəfn mərasimində iştirak edən hərbçilər şəhidimizin şərəfli döyüş yolundan söhbət açaraq, şəhidimizin qisasını aldıqlarını deyiblər.