ŞƏHİDİN TƏLTİFLƏRİ AİLƏSİNƏ TƏQDİM EDİLİB
Sosial həyat

ŞƏHİDİN TƏLTİFLƏRİ AİLƏSİNƏ TƏQDİM EDİLİB

RTƏR

Şəhid Lalayev Ruslan Akif oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 7 noyabr 2023-cü il tarixli sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

rtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, N saylı hərbi hissənin komandiri, polkovnik Namiq Həmidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  rayon şöbəsinin rəis müavini Pərviz Hüseynov, müharibə veteranları və kənd ictimaiyyətinin nümayəndələri ilə birlikdə  şəhidin ailəsində olub, onun valideynləri ilə görüşərək  qayğıları ilə maraqlanıb, təltiflərini təqdim ediblər.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, kiçik çavuş Lalayev Ruslan Akif oğlu 1994-cü il fevral ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Ruslan Lalayev 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Səhləbad kənd qəbiristanlığında torpağa tapşırılıb.

Rayon rəhbəri şəhidin valideynlərinə Ruslan kimi vətənpərvər igid bir oğul böyütdükləri üçün öz təşəkkürünü bildirib, onun evdən deyil, eldən gedən oğul olduğunu bildirib.

Şəhidin valideynləri onunla bağlı xatirələrini bölüşüb, göstərilən diqqət və qayğıya, övladlarının xatirələrini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika".