Məkrli qonşumuzun təxribatları sülh prosesini ləngidir
Digər xəbərlər

Məkrli qonşumuzun təxribatları sülh prosesini ləngidir

Aprel ayında baş verən erməni təxribatlarını təhlil edən politoloq Tural İsmayılov qeyd edir ki, Ermənistanın aprel ayında törətdikləri təxribatlara hələ bu günə kimi beynəlxalq müstəvidə obyektiv qiymət verilməyib. Necə ki, 30 il ərzində Azərbaycanın torpaqları işğala məruz qalanda beynəlxalq aləm bu məsələyə ədalətli yanaşmadı. Onlar işğalçı ilə işğala məruz qalanı "tərəzinin" eyni gözünə qoyurdular. Azərbaycanın sülh çağırışlarına rəğmən, bu ilin aprel ayında Ermənistanın təxribatları nəticəsində 3 əsgərimizin şəhid olması, cəbhə boyunca təxribatların törədilməsi şərti sərhədlərdə vəziyyətin gərginləşdirilməsi mən hesab edirəm ki, çox böyük ədalətsizliklərdən biri hesab edilməlidir.

Laçın rayonu istiqamətində baş verən silahlı toqquşmanın xüsusi səbəbləri var. Əvvəla, nəzərə almaq lazımdır ki, Prezident cənab İlham Əliyev çox qısa bir müddət öncə Laçın rayonuna xüsusi nümayəndəsini təyin edərkən vurğuladı ki, bu il ərzində məcburi köçkünlərimizin Laçına qayıdışı prosesi baş verəcək. Həmçinin Laçında yenidənqurma işləri çox sürətlə aparılır ermənilər bu prosesi yaxından müşahidə edirlər bu, onlarda qıcıq yaradır. Mənfur düşmən Laçın rayonu istiqamətində təxribatların sayını artırmaqla bura köçəcək həmvətənlilərimizdə xof yaratmağa çalışır. Azərbaycan Ordusu isə öz növbəsində daima belə təxribatlara dərhal adekvat cavab verərək düşməni geri oturdur. Bir məsələni xüsusi qeyd etməliyik ki, şəhidlərimizn qisası alınır düşmənin itkiləri daha çox olur.

Politoloq Azərbaycan Ordusunun hərbi qulluqçularının pis hava şəraiti səbəbindən yolunu azaraq Ermənistan tərəfinə keçməsindən sonra baş verən hadisələrə münasibət bildirib: "Digər bir tərəfdən əsgərimizin dumanlı hava şəraiti nəticəsində yolunu azaraq Ermənistan ərazisinə keçməsindən sonra əsir götürülərək işgəncələrə məruz qalması bu toplumun hələ insanlıqdan uzaq qalmasını göstərir. Lakin Azərbaycan bu cür məsələlərdə hər zaman Ermənistandan tam fərqli mövqe nümayiş etdirib. Dəfələrlə erməni mülki şəxsləri hava şəraitindən asılı olaraq yolunu azıb Azərbaycan tərəfinə keçib. Azərbaycanlılar hər zaman bu cür hallara sivil şəkildə yanaşmış, onları öz ölkələrinə təhvil vermişdir.

Tural İsmayılov Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə zərbə vuran digər bir məsələnin İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Dövlət bayrağımızın yandırılması olduğunu bildirib. "Hansı ki, bu tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyan dövlətin yüksək rütbəli məmurları da var idi. Lakin onlar bütün dünyanın gözü qabağında Azərbaycan bayrağını yandırırlar. Mən hesab edirəm ki, bu vandalizmə görə Beynəlxalq Ağır Atletika Federasiyası, eyni zamada dünya ictimaiyyəti Ermənistana qarşı daha kəskin mövqe ortaya qoymalıdır. Çünki idmanın əsas prinsipləri onun siyasətdən kənar olması, təmiz duyğular əsasında formalaşması deməkdir. Bu məqsədlə Azərbaycan öz idmançılarını Ermənistandakı Avropa çempionatına göndərmişdi. Bundan əvvəl dəfələrlə Ermənistanı ya başqa ölkələri təmsil edən erməni əsilli idmançılar Azərabaycanda keçirilən müxtəlif beynəlxalq yarışlarda iştirak edib heç bir vaxt belə hal baş verməyib. Aprelin 14- Azərbaycan bayrağının yandırılması Ermənistan hakimiyyətinin, siyasi müxalifətinin bütövlükdə erməni cəmiyyətinin hələ ölkəmizə qarşı nifrətə kökləndiyini göstərir. Ermənistanın sosial media seqmentində Azərbaycan bayrağını yandıran cinayətkarın milli qəhrəman kimi elan edilməsi eyni zamanda hüquq-mühafizə orqanlarında "cinayət işinin" qaldırılması məsələsinin sosial qınağa məruz qalması onu göstərir ki, bu xalq hələ faşizm duyğusu ilə yaşayır. Bütün bu baş verənlər - əsgərimizə qarşı qeyri-insanı münasibət, İrəvanda Azərbaycan bayrağının beynəlxalq yarışda yandırılması Ermənistanın şərti sərhədlərdə tez-tez atəşkəsi pozması, bu ölkənin bölgədə daim gərginlik yaratdığını açıq-aydın göstərir. Deyə bilərəm ki, əgər Azərbaycanın sülh çağırışlarına cavab verməsə, Ermənistan növbəti dəfə cəzalandırılacaq.

Musa BAĞIRLI,

"Respublika".