Meksikada soyuducuların içərisində gizlədilmiş 34 cəsəd tapılıb
Dünya xəbərləri

Meksikada soyuducuların içərisində gizlədilmiş 34 cəsəd tapılıb

Meksikanın Verakruz əyalətində təhlükəsizlik qüvvələri soyuducuda gizlədilmiş 34 nəfərin cəsədini aşkarlayıb.

"Respublika" "CNN"ə istinadən xəbər verir ki, cəsədlər parçalanaraq torbalara qoyulub.

Hadisə ilə bağlı 6 nəfər həbs edilib.Qətllərin bölgədə fəaliyyət göstərən və müxtəlif cinayətlərdə əli olduğu bilinən Jalisco Next Generation Cartel (CJNG) tərəfindən törədildiyi güman edilir.

Töhfə SƏMƏDOVA,

"Respublika".