Metroloji təminat dövrün tələbləri səviyyəsində
Digər xəbərlər

Metroloji təminat dövrün tələbləri səviyyəsində

Ümumdünya Metrologiya Günü 1875-ci il mayın 20- on yeddi ölkənin nümayəndələri tərəfindən Metrik Konvensiyasının imzalanmasından sonra qeyd olunmağa başlayıb.

Konvensiya ölçmə elmində onun sənaye, kommersiya sosial tətbiqlərində qlobal əməkdaşlıq üçün çərçivə müəyyən edib. Belə ki, məhz bu sənədin qəbulundan sonra ölçmələrin metrik beynəlxalq vahidlər sistemi tətbiq edilib. Onun əsasında isə Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyasının ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün çox vacib məsələdir. Ümumdünya Metrologiya Günü layihəsi Beynəlxalq Çəkilər Ölçülər Bürosu  (BIPM) Beynəlxalq Hüquq Metrologiyası Təşkilatı (OIML) tərəfindən birgə həyata keçirilir. Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır. Səhiyyə, ekologiya, müdafiə təhlükəsizlik, ən yeni elm həcmli texnologiyaların inkişafı tətbiqi, energetika, ticarət, yəni müasir dövrün bütün fəaliyyət istiqamətləri ölçmələrin dəqiqliyindən, vəhdətindən doğruluğundan asılıdır. Məhsulların beynəlxalq səviyyəli birgə istehsalı, dünya ticarətinin qloballaşdırılmasıəhalinin sağlamlığı, ətraf mühit problemləri yeni mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir. Çünki yalnız ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, şəffaf  ticarətə ətraf mühitin təmizliyinə imkan yaradır.

Ən vacib məsələlərdən biri metroloji norma qaydalara riayət edilməsidir. 13 iyun 2000-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən təsdiq olunmuş "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 13 iyun 2013- ildə təsdiq edilmiş eyniadlı, lakin müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni Qanun metrologiyanın inkişafına ciddi təkan verib. Azərbaycanda metrologiya sahəsi üzrə dövlət siyasətini Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Komitəsi həyata keçirməkdədir. Hazırda Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib. Qeyri-neft sektorunun inkişafına istiqamətlənən məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Sənayenin effektivliyinin artırılması məqsədilə yeni texnologiyalar, fərqli yanaşmalar bütün bunlarla yanaşı, metrologiya sahəsinin inkişafı həlledici əhəmiyyətə malikdir. Bütün bunlar isə metroloji təminatın inkişafından xəbər verir

Nuranə DAXİLQIZI,

"Respublika".