MİLLİ İFTİXAR GÜNÜ
Siyasət

MİLLİ İFTİXAR GÜNÜ

1993- ilin 15 iyunu müasir tariximizə Azərbaycanın işıqlı gələcəyinin təməlinin qoyulduğu gün kimi daxil olub

Azərbaycan xalqı tarix boyu çox dahilər yetişdirib. Tarixdə hər birinin öz yeri olan dahi şəxsiyyətlərimizin misilsiz xidmətləri fəxr qürur istinadgahımızdır. Onların xidmətləri tarixə yazılıb həmişə, hər yerdə yüksək qiymətləndirilir. Lakin milli dühalarımızın heç biri ümummilli lider səviyyəsinə çata bilməmişdir. Bu ucalıq yalnız Heydər Əliyevə məxsusdur. XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin canlı mənzərəsidir.

Heydər Əliyev elə şəxsiyyətlərdəndir ki, keçdiyi həyat yoluna nəzər yetirdikdə xalqımızın dünəni, bu günü, sabahı aydın görünür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın ən yeni tarixində məhz Heydər Əliyevin adı şəxsiyyəti ilə bağlıdır. Heydər Əliyev sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları üçün mümkün olan bütün işləri gördü. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Qısa zaman kəsiyində Azərbaycan İttifaq tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Ulu öndərin rəhbərliyi ilə XX əsrin 70-ci illərindən elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, dövlətimizin tamamilə yeni tarixinin əsası qoyulması labüd idi. Həqiqətən sovet dönəmində xalqımızın dahi oğlunun Azərbaycan üçün gördüyü bütün işlər böyük gələcəyə hesablanmışdı bu potensial müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi.

Sovet illərində olduğu kimi, müstəqillik dövründə Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişini Azərbaycanda intibahın başlanğıcı kimi səciyyələndirmək olar. Təsadüfi deyil ki, 1993- ildə Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsi qarşısında qalanda, qardaş qanı axıdılanda xalq öz böyük oğluna üz tutdu. Hakimiyyətdə olduqları qısa müddət ərzində nəinki heç bir problemi həll etməyən, üstəlik, əziyyətini xalqımızın uzun müddət çəkəcəyi ağır fəsadlar törədən AXC-Müsavat liderləri 1993- ilin yayında tamamilə nüfuzdan düşmüş xalqın böyük əksəriyyəti onlardan üz döndərmişdi.

Yaranmış vəziyyətdən çıxış yolu arayan xalq nicatını yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyası, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız o böyük insan aradan qaldıra bilərdi. Heydər Əliyevin özü bu barədə deyirdi: "1993- ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyildi. Bu, həm Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Ölkəni ancaq Heydər Əliyev dühasının xilas edəcəyinə bütün Azərbaycan xalqı qəlbən inanırdı. Heydər Əliyev çox gözəl bilirdi ki, belə bir vəziyyətdə məsuliyyəti boynuna götürməsə, onsuz da kövrək olan müstəqillik əldən veriləcək, dövlətçilik məhv olacaq.

Beləliklə, 1993- il iyunun 9-da Heydər Əliyev Bakıya gəldi. Dövlətçiliyimizin taleyinin həll olunduğu belə bir məqamda dahi öndərin gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Bakıya gəldikdən sonra Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü. Gəncədə 709 saylı hərbi hissənin döyüş meydanına çevrilmiş ərazisinə baş çəkdi, şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi. Ulu öndər həyatını təhlükəyə atsa da, missiyasını şərəflə yerinə yetirdi. Tarix göstərir ki, Heydər Əliyevin Gəncəyə səfəri ölkədə yaranmış vətəndaş qarşıdurmasının qarşısını aldı.

1993- il iyunun 15- Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi parlamentdə təmsil olunan siyasi dairələrin məhz ulu öndərin xilaskarlıq missiyasına olan ümid inamlarının göstəricisi idi. Beləliklə, Heydər Əliyevin 1993- il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi 6 gün sonra Ali Sovetin sədri seçilməsi ilə müasir tariximizdə yeni mərhələnin başlanğıcı qoyuldu. Bununla Azərbaycan, ilk növbədə müstəqil dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən parçalanmaqdan qurtuldu. Heydər Əliyev şəxsiyyətinin miqyası, nəhəngliyi əzəməti tarixin onun öhdəsinə buraxdığı taleyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi məhz ona qismət oldu.

Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi müəyyən siyasi dairələri qane etmirdi. Ona görə 1993- ilin iyun ayında Gəncə hadisələrindən sonra respublikamız birdən-birə həm xaricdən, həm daxildən zərbələrə məruz qaldı. Belə ki, ön cəbhədəki bəzi ordu hissələrinin siyasi oyunlara qatılmasından, ölkədəki qeyri-sabit siyasi vəziyyətdən istifadə edən erməni hərbi birləşmələri yeni hücum əməliyyatına başladılar. Belə bir vəziyyətdə ölkənin o vaxtkı prezidenti qəflətən Bakını tərk etdi ölkənin cənubunda qondarma talış-muğan respublikası elan edildi. Yaranmış vəziyyətdə yeganə ümid yeri yenə Heydər Əliyev idi. 1993- il iyunun 24- Milli Məclis Heydər Əliyevə Azərbaycan Respublikasının səlahiyyətlərini verdi. Heydər Əliyev bu dəfə xalqın müdrikliyinə arxalanaraq, ölkənin paçalanmasına imkan vermədən qətiyyətli düzgün qərarları ilə Azərbaycan xalqını bu bəladan xilas etdi. 1993- il oktyabrın 3- isə xalq onu bəlalardan qurtaran xilaskarını görünməmiş siyasi fəallıq ruh yüksəkliyi ilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçdi.

Azərbaycan dövlətçiliyi sonrakı illərdə ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, sabaha inamını özünə qaytardı. Ölkəmiz xaosdan xilas oldu, sabitlik əmin-amanlıq yarandı, tənəzzülə son qoyuldu, hər bir sahədə inkişaf meyilləri görünməyə başladı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni bir siyasi dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi adlamasına əsaslı təminat yaratdı. Ulu öndərimizin təbirincə desək: "Biz bütün çətinliklərdən keçdik, bütün bu maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq. Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq bundan sonra da yaşadacağıq".

Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə nail olduğumuz Milli Qurtuluşdan başlanan yüksəliş qısa zamanda bütün sahələrdə özünü göstərdi. Azərbaycan Respublikasının Milli Məclisi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı gününü 1997-ci il 27 iyun tarixli qərarı ilə rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edib. Çünki Azərbaycanın işıqlı gələcəyinin təməli qoyulduğu 15 iyun haqlı olaraq qurtuluş, xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi ən müasir tariximizə qızıl hərflərlə yazılıb. Milli Qurtuluş Gününü qədirbilən xalqımız hər zaman əziz qiymətli tutur, hər il böyük sevinc fərəh hissi ilə qeyd edir. Bu müqəddəs günü tarixə yazan isə ümummilli lider Heydər Əliyevdir.

Bu gün respublikamız müstəqil dövlət olaraq mətin addımlarla irəliləyir, inkişaf edir, güclənir. Ulu öndərin siyasi kursu, yaratdığı dövlətçilik ənənələri onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycan regionda aparıcı, dünyada isə söz sahibi olan dövlətə çevrilib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi ötən 20 il ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb: ölkə hərtərəfli inkişaf edib, beynəlxalq nüfuzu artıb, maliyyə imkanları çoxalıb, insanların sosial rifahı yüksəlib. Cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Heydər Əliyevin görmək istədiyi ölkəyə çevirib.

Ən əsası odur ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlar işğaldan azad olunub.

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.