Milli Məclisin sədri Polşa Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Polşa Prezidenti ilə görüşüb

Aprelin 18- Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Andjey Duda ilə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Prezident Andjey Duda Polşa ilə Azərbaycan arasında münasibətlərin səviyyəsindən razılığını bildirib. O, Polşa ilə Azərbaycanın hər zaman dost ölkələr olduğunu, gələcəkdə bu münasibətlərin davam edəcəyini, münasibətlərimizin ilbəil daha da inkişaf etdiyini bildirib.

Prezident Andjey Duda, həmçinin Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini vurğulayaraq, bu inkişafın yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Milli Məclisin sədri öz növbəsində Prezident İlham Əliyevin salamlarını Polşanın dövlət başçısına çatdırıb.

Sahibə Qafarova bildirib ki, bu, onun Azərbaycan Milli Məclisinin sədri kimi Polşaya ilk səfəridir. Sahibə Qafarova bu səfərin ölkələrimiz parlamentlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə genişlənməsinə kömək edəcəyinə inamını ifadə edib.

Parlamentin sədri vurğulayıb ki, ölkələrimiz beynəlxalq təşkilatların işində fəal iştirak edir bu əməkdaşlığın daha da inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına cavab verir.

İki ölkə arasında parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri vurğulayıb ki, Azərbaycan ilə Polşa arasında ikitərəfli çoxtərəfli münasibətlərə mühüm müsbət təsir göstərən amillərdən biri parlamentlərin qarşılıqlı fəaliyyətidir. Hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı dostluq qrupları, həyata keçirilən səfərlər parlament diplomatiyasının güclənməsinə xidmət edir.

Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın azad olunmuş ərazilərində apardığı genişmiqyaslı quruculuq bərpa işləri, Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə geniş məlumat verib. S.Qafarova deyib ki, Ermənistan üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, hələ öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb. O cümlədən Laçın yolundan hərbi məqsədlər qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə edir. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Laçın yolundan 6 mindən çox avtomobilin keçməsi sübut edir ki, bu yol humanitar məqsədlər üçün açıqdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.