MİNGƏÇEVİRDƏ ŞƏHİD AİLƏLƏRİ, QAZİLƏR VƏ MÜHARİBƏ İŞTİRAKÇILARI DİQQƏT, QAYĞI ƏHATƏSİNDƏDİRLƏR
Sosial həyat

MİNGƏÇEVİRDƏ ŞƏHİD AİLƏLƏRİ, QAZİLƏR VƏ MÜHARİBƏ İŞTİRAKÇILARI DİQQƏT, QAYĞI ƏHATƏSİNDƏDİRLƏR

Ötən əsrin sonlarında erməni separatçılarının torpaqlarımıza göz qoyması, Qarabağ bölgəsində etnik təmizləmə əməliyyatları, torpaqlarımızın işğal edilməsi məqsədilə həyata keçirdikləri cinayətlər, soyqırımları xalqımızın əzmini sındıra bilmədi. Qarabağ müharibəsində Vətənimizin minlərlə övladı müharibəyə könüllü yollanaraq, torpaqlarımızın qorunması azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etdi. Fədakarlıq nümunələri göstərən vətənimizin cəsur övladları yaralandılar, şəhidlik zirvəsinə ucaldılar, ölümün gözünə dik baxdılar.

Vətənimizin ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət qayğı göstərilir. Torpaq uğrunda sağlamlıqlarını itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır, şəhid ailələri əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Qazilərimizin müalicəsi üçün reabilitasiya mərkəzləri var lazım gələndə isə daha keyfiyyətli müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhər icra hakimiyyətinin şöbə müdiri Sahib Əliyev, baş məsləhətçi Seymur Hidayətov, həmçinin mətbuat işçiləri Birinci Qarabağ müharibəsi veteranı, qazi, ikinci qrup əlil Ayaz Salahbanovu evində ziyarət ediblər. Səhhətində yaranmış problemlə əlaqədar Ayaz Salahbanov Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına müraciət etdikdən sonra ona ürəyindən əməliyyat olunmasının vacibliyi bildirilib. O, İcbari Tibbi Sığortanın xətti ilə Gəncə şəhərində ürəyindən açıq əməliyyat olunduqdan sonra evinə qayıdıb.

Qazinin səhhəti, ehtiyacları, problem qayğıları ilə maraqlanan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Qarabağ müharibəsi şəhidlərinə, qazilərə, veteranlara daim diqqət qayğı göstərilir. Döyüşlərdə şücaət göstərən, ölümdən qorxmayan, torpaqlarımızın qorunmasında, azad olunmasında xidmətləri olan hər bir vətən övladı xalqımızın sevgisini qazanıb. Qazi Ayaz Salahbanova cansağlığı arzulayan şəhər rəhbəri, ona bundan sonra da yardım qayğı göstəriləcəyini diqqətə çatdırıb.

Söhbət əsnasında qazi Ayaz Salahbanov dövlətimizin başçısı tərəfindən göstərilən diqqət qayğıya görə dərin minnətdarlığını bildirərək qeyd edib ki, yaşadığım bu mənzil mənə məhz Prezidentimiz tərəfindən verilib.

Zabit XƏLİLOV,

"Respublika".