Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması
Digər xəbərlər

Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü və mütəxəssislərin hazırlanması

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə verilən məlumata görə, səfər çərçivəsində iyunun 24- "Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü mütəxəssislərin hazırlanması" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, bu səfərin məqsədi Azərbaycan Respublikası Prezidentinin uğurla həyata keçirdiyi institusional islahatlar çərçivəsində Əqli Mülkiyyət Agentliyinin müasir çağırışlara uyğun formalaşması, idarəçilik təcrübəsinə dair məlumatların əldə edilməsi, əqli mülkiyyət ekosistemi ilə bağlı ölkəmizdə görülən işlərlə, o cümlədən Agentliyin təşəbbüsü dəstəyi ilə Azərbaycan universitetlərində əqli mülkiyyət ixtisası üzrə kadrların hazırlanması prosesi ilə tanış olmaq, ÜƏMT ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsi, habelə işğaldan azad edilmiş ərazilərimizə aid olan coğrafi göstəricilərin qeydiyyatı, onların beynəlxalq miqyasda tanınmasına dəstək göstərilməsidir.

Kamran İmanov diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin bütün sahələrdə həyata keçirdiyi islahatların ideologiyasının əsasını yaradıcı sahibkarlıq, investisiyalar rəqabət bazarları ilə yanaşı intellektual mülkiyyətin inkişafında innovasiyalara dəstək göstərilməsi təşkil edir. Təbiidir ki, burada fənlərarası yanaşmadan söhbət gedir. Həmin yanaşma intellektual mülkiyyət kateqoriyası anlayışının yenidən dərk təsbit edilməsini, iqtisadiyyat, sosiologiya hüququn qarşılıqlı əlaqələri kimi öyrənilməsini nəzərdə tutur.

Azərbaycanın dövlət başçısı tərəfindən təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər", Azərbaycan Respublikasının 2022-2026- illərdə sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı inkişaf planı göstərilən məqsədlərə xidmət edərək, bilavasitə əqli mülkiyyətə innovasiyaların milli ekosistemini formalaşdıran hərəkətverici qüvvə kimi yanaşmağı tələb edir.

Əqli mülkiyyətin müasir rolu - innovasiya prosesinin bütün həlqələrinə, o cümlədən müvafiq mədəniyyətin aşılanmasından yaradıcılığın dəstəklənməsindən, əqli mülkiyyətin qorunmasından kommersiyalaşdırılmasının təşviqinədək, qorunma sənədlərinin iqtisadi sosial təsirinin, bir sözlə, innovasiya prosesinin bütün mərhələlərinə xidmət göstərməkdir.

Hüquq, iqtisadiyyat sosiologiyanı birləşdirən vasitə kimi əqli mülkiyyətin genişləndirilmiş funksiyaları əsas aktorların: yaradıcı-institutların-cəmiyyətin qarşılıqlı əlaqəsində özünü büruzə verir.

Agentlikdə göstərilən bütün xidmətlər aşağıdakı parametrlər üzrə təhlil edilir:

- birincisi, daxili transaksiya xərclərinin azaldılması "North Coase" neoinstitualizminə uyğun olaraq adaptiv səmərəliliyin ölçüsü;

- ikincisi, işin şəffaflığının transparentliyinin təmin edilməsi subyektivliyin aradan qaldırılması.

Praktikada bu, sistemin təkamülünün çağırışlarına adekvat cavab verməyə, yaranan transaksiyaları təhlil etməyə, idarəetmə qərarlarının səmərəliliyini artırmaq üçün hazırlanmış metodoloji qayda alqoritmləri tətbiq etməyə imkan verir.

Rəqəmsal platforma PƏNAH patentlərin əmtəə nişanlarının müştəriləri (müraciət edənlər) arasında "bir pəncərə" prinsipi əsasında təmassız əlaqə istənilən mənbədən sistemə məhdudiyyətsiz çıxış imkanı yaratmağa xidmət edir.

Qorunma sənədlərinin verilməsi ekspertiza funksiyalarına gəldikdə, Agentlik öz fəaliyyətini xidmətlərin səmərəliliyini artırmaq, o cümlədən: iddiaçıların ixtiraçılıq patent aktivliyini gücləndirmək, ərizələrə baxılma müddətini azaltmaq, müraciət prosedurunu sadələşdirməklə həyata keçirilir, bürokratik maneələrin aradan qaldırılmasına metodiki kömək göstərilir.

Yaxın gələcəkdə həllini gözləyən məsələlərdən biri - ərizəçinin Patent Mərkəzinin iddia sənədlərinin qəbulundan elektron qorunma sənədin verilməsi daxil olmaqla, vahid rəqəmli məkanda çalışmasıdır, belə ki, Agentliyin bu sahədə 24/7 rejiminə keçməsidir. Bununla yanaşı, servislərin genişlənməsi nəticəsində patentin baxılması verilməsi müddətinin 6 aya çatdırılmasıdır.

Tədbirdə çıxış edən ÜƏMT-nin Baş direktorunun müavini Hasan Kleyb bildirib ki, səfərinin məqsədi təmsil etdiyi təşkilat ilə Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirməkdir. Azərbaycana ilk dəfə gəldiyini deyən Hasan Kleyb Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib.

"Ümumdünya Əqli Mülkiyyət Təşkilatı dünya ölkələri üzrə 204 qurum arasında bu sahədə ən nümunəvi idarəçilik modellərini toplayaraq onları digər ölkələrə çatdırmaq üçün təlimatlar hazırlayıb. On beş ölkə seçilib. Seçilən ölkələr sırasında Azərbaycan da yer alıb", - deyə Hasan Kleyb vurğulayıb.

Tədbirdə elm təhsil naziri Emin Əmrullayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının rektoru Urxan Ələkbərov, Kiçik Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov başqaları çıxış ediblər. Çıxışlarda dəyirmi masanın mövzusunun aktual olduğu bildirilib Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti yüksək qiymətləndirilib.

Dəyirmi masada Kamran İmanovun "Müasir əqli mülkiyyət ekosisteminin inkişafı: milli əqli mülkiyyət ofislərinin təkamülü mütəxəssislərin hazırlanması" mövzusunda məruzəsi dinlənilib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, iyunun 25- ÜƏMT-nin mütəxəssisləri tərəfindən "Coğrafi göstəricilər" layihəsinin təqdimatı keçiriləcək.

M.KAMAL,

Respublika”.