Müasir tibbi texnologiyalar uğurla tətbiq olunur
Səhiyyə

Müasir tibbi texnologiyalar uğurla tətbiq olunur

17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev bütün siyasi fəaliyyəti boyunca hər bir sahə kimi, səhiyyəyə xüsusi diqqət yetirib onun təşəbbüsü ilə bir çox tibb müəssisələri istifadəyə verilib, kadr potensialı möhkəmlənib. Məhz həmin dövrdə milli həkim kadrlarının dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu tibb müəssisələrində təhsil almalarına şərait yaradılıb.Azərbaycanın ən böyük tibb müəssisələrindən biri Bakı Sağlamlıq Mərkəzidir. Yaraşıqlı, dünya standartlarına cavab verən Sağlamlıq Mərkəzi 2017-ci ildən fəaliyyətə başlayıb, açılış mərasimində Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva iştirak etmişlər.

Tibb işçilərinin peşə bayramı ərəfəsində Sağlamlıq Mərkəzinin baş həkimi, tibb elmləri namizədi Elxan Hacıyevlə görüşüb söhbət etdik. Müsahibimiz bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

- Son illər respublikamızın səhiyyə sahəsi yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması, müasir avadanlıqlarla təmini güclənib. Tibb müəssisələri şəbəkəsinin strukturunun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən islahatlar layihələr nəticəsində əhalinin sağlamlığının qorunmasında xidmət keyfiyyətinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə edilib. Səhiyyənin prioritet sahələri üzrə Dövlət proqramları qəbul olunub.

Tibbin ən son model texnika texnologiyalarının tətbiqi, həm yüksək xidmət səviyyəsi ilə diqqəti cəlb edən Bakı Sağlamlıq Mərkəzi haqqında demək olar ki, insanlar müsbət fikirdədir. Bu gün Bakı Sağlamlıq Mərkəzi paytaxtın ən böyük tibb müəssisələrindəndir. Burada tibbin son elmi-texniki yenilikləri tətbiq olunur.

Bakı Sağlamlıq Mərkəzi çoxprofilli tibb müəssisəsidir. Ambulator stasionar bölmələrdə pasiyentlərə diaqnostik tibbi yardım xidmətlərinin göstərilməsi üçün müxtəlif şöbələr mövcuddur.

Sağlamlıq Mərkəzindəki ümumi cərrahiyyə şöbəsi müasir tələblərə cavab verir. İl ərzində 3000 əməliyyat ediləcək qədər tam təchiz olunmuş Kardiocərrahiyyə şöbəsi nümunəvi xidməti ilə xəstələri razı salır.

 Baş həkim Elxan Hacıyev sözünə davam edərək vurğuladı ki, Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə müalicələrin aparılması üçün lazımi şərait yaradılmışdır. Diqqətçəkən məqamlardan biri odur ki, ən müasir texnika avadanlığın bir çoxu ölkəmizin tibb sistemində ilk dəfə burada tətbiq edilir. Ölkəmizdə səhiyyəni dövlət siyasətinin prioritet istiqamətlərinə daxil edən Prezident İlham Əliyev insanların sağlamlığını cəmiyyətin sərvəti hesab edir. Səhiyyəyə ayrılan büdcə vəsaiti ildən-ilə artırılır, bu da ölkədə aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunan yeni tibb mərkəzinin yaradılmasına imkan verir. Qeyd etmək lazımdır ki, Bakı Sağlamlıq Mərkəzi 3 korpusdan ibarətdir. Korpusların biri 6, biri 5, digəri isə 12 mərtəbəlidir.

Sağlamlıq Mərkəzində 1200-ə yaxın tibb işçisi çalışır. Onların hər biri insanların sağlamlığı keşiyində müsəlləh əsgər kimi dayanmışdır.

Mərkəzdə həkim kiçik personalın peşəkarlıq səviyyəsinin yüksəlməsinə maksimum səy göstərilir.

Bakı Sağlamlıq Mərkəzində ürək-damar cərrahiyyəsi, travmatologiya, uşaq cərrahiyyəsi, urologiya, ginekologiya, süni mayalanma digər müalicələr dünya standartlarına cavab verən metodlar əsasında həyata keçirilir. Sağlamlıq Mərkəzində 16 əməliyyatxana, 22 angioqrafiya laboratoriyası, MRT, KT digər müalicə şöbələri fəaliyyət göstərir, elmin müasir üsullarından səmərəli istifadə olunur.

Baş həkim qeyd etdi ki, mərkəzdə müasir maqnit-rezonans aparatı, LED sistemli cərrahi işıqlandırıcılar, mərkəzləşdirilmiş stenilləşdirmə sistemi xidmətin səviyyəsini yüksəldir. Bundan əlavə, kompüter tomoqrafiyası, rəqəmsal rentgen, ultrasəs aparatları digər müasir tibbi cihazlar xəstələrin müalicəsində mühüm rol oynayır. Cərrahi astma panellər, masalar, kameralar rentgen aparatları, həmçinin barokamera, mərkəzi oksigen sistemi, yeni doğulmuşlar üçün küvezlər reanimasiya otaqları mərkəzin əhəmiyyətini daha da artırır. Əhalinin sağlamlığının təmin olunması xüsusi həssaslığı ilə seçilən elə bir sosial amildir ki, bu sahədə mövcud problemlərin tam aradan qaldırılması üçün bəzən yalnız dövlət tərəfindən görülən tədbirlər yetərli olmur. Cəmiyyətin ən müxtəlif təbəqələrinə mənsub insanların şəfa tapması üçün əlahiddə köməyə ehtiyacı yaranır.

Sağlamlıq Mərkəzinin ayrı-ayrı korpuslarında ilk növbədə zövqoxşayan səliqə-sahman, sakitlik, vebkameralar vasitəsilə nəzarət nəzakətli bələdçilik diqqəti cəlb edir.

Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra bir daha bu qənaətə gəlirsən ki, səhiyyə sisteminin keyfiyyətcə yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması Azərbaycanda həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsidir.

Bu istiqamətdə ardıcıl sistemli olaraq həyata keçirilən islahatların nəticəsi kimi ölkədə səhiyyə sisteminin maddi-texniki bazası infrastrukturu yeniləşir, ən müasir texnologiyaların tətbiqi vətəndaşlara xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlişini təmin edir.

Tibb İşçilərinin Peşə Bayramı münasibətilə ölkəmizin bütün səhiyyə işçilərini, o cümlədən Bakı Sağlamlıq Mərkəzinin çoxsaylı kollektivini təbrik edir, onlara çətin şərəfli peşələrində uğurlar diləyirik.

Qədir ASLAN,

"Respublika".