Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək keçiriləcək
Elm və təhsil

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək keçiriləcək

Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilir ki, 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları iyulun 11-dən 15-dək 13 şəhərdə təşkil olunmuş 29 imtahan mərkəzində keçiriləcək.