Universitet tələbəsi dünya çempionatında gümüş medal qazanıb
Elm və təhsil

Universitet tələbəsi dünya çempionatında gümüş medal qazanıb

Türkiyənin Bursa şəhərində Naim Süleymanoğlu adına İdman Kompleksində təşkil olunan Alpaqut Turan döyüş sənəti üzrə 4-cü dünya çempionatı başa çatıb. 23 ölkənin yığma komandalarının iştirak etdiyi çempionat idmançıların gərgin mübarizəsi ilə yadda qalıb.

Çempionatda Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin 2-ci kurs tələbəsi Toğrul Zeynallı 55 kq çəki dərəcəsində gümüş medala layiq görülüb. Universitetin   mətbuat   xidməti bildirir  ki, çempionatın ümumi nəticələrinə görə Azərbaycan komandası 3-cü yeri tutub.

Nəriman CAVADOV,

“Respublika”.