Narkotik vasitələrinin qaçaqmalçılıq yolu ilə dövriyyəsinin qarşısı alınıb
Digər xəbərlər

Narkotik vasitələrinin qaçaqmalçılıq yolu ilə dövriyyəsinin qarşısı alınıb

25 iyun DSX-dən məlumat verilir ki, iyunun 24-də saat 23:10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmış və ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür.

Keçirilmiş əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Beyləqan rayon sakini 1987-ci il təvəllüdlü Zeynalov Həsən Fərman oğlu saxlanılmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Respublika”.