Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Elxan Mirhəşimlidən
Məktublar

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Elxan Mirhəşimlidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizin həyata keçirdiyiniz düşünülmüş və uzaqgörən siyasət, atdığınız müdrik addımlar sayəsində Azərbaycan tarixinin ən şanlı səhifəsi yazılmış, 30 illik işğala son qoyularaq əzəli torpaqlarımız azad olunmuşdur. Bu uğurlar Vətəndən uzaqda yaşayan azərbaycanlılar tərəfindən də böyük qürurla və rəğbətlə qarşılanmışdır.

Sizin rəhbərliyinizlə Azərbaycanın daha da inkişaf edəcəyinə, daim zirvələr fəth edəcəyinə, zəfərlər qazanacağına inanırıq.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Elxan MİRHƏŞİMLİ,

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya

Şurasının əlaqələndiricisi.