“SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən
Məktublar

“SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin Vətənə sevginiz, Azərbaycan Respublikasının mənafeyini qətiyyətlə qorumağa daim hazır olmağınız ölkə vətəndaşlarının gələcəyə inamını, ruh yüksəkliyini artırır, hər hansı təhdidlərin öhdəsindən gəlməyə kömək edir.

Müdrik siyasi rəhbərliyiniz, hərtərəfli düşünülmüş qərarlarınız və çox zəngin təcrübəniz sayəsində Siz həm respublikada həyat səviyyəsini artırmağa, həm də Azərbaycanı dünya geosiyasi arenasında mühüm aktorlardan birinə çevirmək kimi çox mühüm məsələni həll etməyə nail olursunuz.

Əminəm ki, müasir və güclü dövlət lideri olaraq Siz Azərbaycanın tərəqqisi, ölkənin bütün vətəndaşlarının rifahı naminə hələ çox qələbələr qazanacaqsınız.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və əmin-amanlıq arzu edirəm.

Hörmətlə, 

Mixail Qutseriyev

“SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti