Niger xuntası Fransanı hava məkanını pozmaqda ittiham edir
Dünya xəbərləri

Niger xuntası Fransanı hava məkanını pozmaqda ittiham edir

Niger xuntası Fransanı ölkənin hava məkanını pozmaqda və Qərbi Afrika ölkəsində sabitliyi pozmaq planında ittiham edib.

"Respublika" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, iddia son dəfə baş verən hərbi çevrilişdən sonra artan gərginlik fonunda ortaya çıxıb.

Xuntanın sözçüsü polkovnik Amadou Abdramane bildirib ki, Fransa həbsdə olan 16 terrorçunu azad edib. Bu terrorçular ötən gün Milli Qvardiyanın mövqelərinə hücum planlaşdırıblar.

Töhfə SƏMƏDOVA,

"Respublika".