Yaponiyada leysan səbəbindən 115 min sakin təxliyə edilib
Dünya xəbərləri

Yaponiyada leysan səbəbindən 115 min sakin təxliyə edilib

Yaponiyanın mərkəzindəki Fukui prefekturasının 115 min sakini bölgəni bürüyən leysana görə, yerli hakimiyyət orqanlarından təcili təxliyə əmri alıb.

"Respublika" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Daşqın təhlükəsi, sürüşmə və çayların daşması səbəbindən prefektura sakinləri də ayıq-sayıq olmağa çağırılıb.

Meteoroloqların proqnozlarına görə, prefekturada güclü yağış iyulun 14-dək davam edə bilər.