Nyu Yorkda köpək balığı qadına hücum edib
Dünya xəbərləri

Nyu Yorkda köpək balığı qadına hücum edib

ABŞ-ın Nyu-York şəhərində köpək balığının hücumundan bir nəfər sağ qalıb.

"Respublika" "CNN"ə istinadən xəbər verir ki, hücumun baş verdiyi çimərlik istifadəyə bağlanıb.

Hücumdan xəsarətlə xilas olan qadına ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Səlahiyyətlilər qadının ombasında dərin kəsik olduğunu və səhhətinin ağır olduğunu bildiriblər.

Töhfə SƏMƏDOVA,

"Respublika".