Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 32-ə çatıb
Dünya xəbərləri

Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 32-ə çatıb

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG terror təşkilatının daha 9 üzvünü öldürüb.

“Respublika” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Həmçinin bildirilib ki, Suriyanın şimalından Türkiyə ərazisinə 12 nəfərlik terrorçu qrupunun daxil olmaq cəhdinin qarşısı alınıb.

Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub. Türkiyə ordusu ərazidə əməliyyatları davam etdirir.