İtaliya sahillərində iki miqrant qayığı batıb
Dünya xəbərləri

İtaliya sahillərində iki miqrant qayığı batıb

İtaliyanın Lampeduza adası yaxınlığında iki miqrant qayığının batması nəticəsində, 2 nəfər ölüb, 31 nəfər itkin düşüb.

"Respublika" "CNN Türk"ə istinadən xəbər verir ki, 57 nəfər xilas edilib. 

Bildirilir ki, həyatını itirən mühacirlər Fil Dişi Sahili vətəndaşı olan ana və 1 yaşlı uşaq olub. Miqrantları daşıyan qayıqların Tunisin Safake şəhərindən yola düşdüyü güman edilir. 

Qeyd edək ki, keçən ilin eyni dövründə İtaliyaya təxminən 43 min immiqrant gəldiyi halda, bu ilin son altı ayında təxminən 92 min immiqrant gəlib.

Töhfə SƏMƏDOVA,

"Respublika".