Dünya xəbərləri

"Zeytun budağı" əməliyyatında 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib

Türkiyənin Milli Müdafiə Nazirliyi "Zeytun budağı" əməliyyatının ərazisinə hücum etməyə çalışan 5 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib.

“Respublika” “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, nazirlik bununla bağlı bəyanat yayıb.

“Sülh və təhlükəsizliyi pozmaq istəyən PKK/YPG terrorçularının hücum cəhdlərinə qətiyyətlə cavab verməyə davam edirik. Qəhrəman komandolarımız Zeytun budağı bölgəsinə hücum etməyə çalışan 5 PKK/YPG terrorçusunu zərərsizləşdirdilər”, - deyə bəyanatda qeyd edilib.

Musa Bağırlı,

“Respublika”.