Oğuzda əkin sahəsində yanğın olub
CƏMİYYƏT

Oğuzda əkin sahəsində yanğın olub

Oğuz rayonunun Xaçmaz meşəbəyliyinin yaxınlığındakı əkin sahəsində yanğın hadisəsi baş verib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğın məhdudlaşdırılıb və meşəyə keçməsinin qarşısı alınıb. 

"Respublika" xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib. 

Qeyd edilib ki, əkin sahəsinin fermer tərəfindən yandırılması təsdiq olunarsa, fermerə ayrılan subsidiyanın dayandırılması üçün aidiyyəti qurumlara müraciət olunacaq. 

Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, meşə sahələrinin, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.