Oktyabrın 16-dan 22-dək Günəşdə olan geomaqnit sahəsinin vəziyyəti açıqlanıb
Ekologiya

Oktyabrın 16-dan 22-dək Günəşdə olan geomaqnit sahəsinin vəziyyəti açıqlanıb

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

"Respublika" xəbər verir ki, rəsədxanadan bildirilib ki, Günəş fəallığı orta səviyyədə olub. Günəş ləkələrinin sayı azalaraq 6 ləkə qrupunda 92 ləkə müşahidə edilir. Geomaqnit sahəsi qeyri-sabit və sakit səviyyələrdə olub. Geomaqnit qasırğası baş verməyib.

Oktyabrın 16-dan 22-dək C sinif alışmanın baş verməsi ehtimalı 80 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin oktyabrın 18-də yüksəlməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Günəş küləyinin müsbət qütblü tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə oktyabrın 17-18-də artacağı gözlənilir. Geomaqnit sahəsinin də müsbət qütblü tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsirilə qeyri-sabit olacağı proqnozlaşdırılır.