Oktyabrın 31-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Səhiyyə

Oktyabrın 31-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Oktyabrın 31-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 911 min 37, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 389 min 999, ikinci mərhələ üzrə 4 milyon 871 min 404, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 386 min 616, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 263 min 18-dir.

AZƏRTAC